Düz 74 il əvvəl, dekabrın 23-də 100 min azərbaycanlı türk əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsi haqqında fərman imzalanıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə fərman SSRİ Nazirlər Soveti tərəfindən verilib. Kolxozçular və digər azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına SSRİ Nazirlər Sovetinin N: 4083 saylı qərarı ilə köçürülüb.
23 dekabr 1947-ci il tarixli.
Moskva, Kreml
əlavə edin. 10 / III-48 N: 754
SSRİ Nazirlər Soveti
QƏRAR VERİR:
1948-1950-ci illərdə 100 min kolxozçu və digər azərbaycanlı əhali könüllü olaraq Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün, onlardan: 10 min nəfəri – 1948-ci ildə, 40 min nəfəri – 1949-cu ildə və 50 min nəfər – 1950-ci ildə.
Deportasiya 3 il – 1948-1950-ci illər üçün nəzərdə tutulmuşdu, lakin 5 il davam etdi, 100 min soydaşımızın köçürülməsi nəzərdə tutulmuşdu, lakin 150 min insanımız bu deportasiyanın qurbanı oldu.
Xuraman Etibarlı,
KONKRET.az

