Yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsi məqsədilə Baş DYP İdarəsi yeni vatsap nömrəsi təqdim edib.
KONKRET.az xəbər verir ki, bu gündən vətəndaşlar yollarda qarşılaşdığı və qeydə aldığı yol hərəkəti qayda pozuntularına dair video və foto görüntülərini DYP-nin vatsap nömrəsini göndərə biləcəklər.
İdarədən bildirilib ki, yeniliyin edilməsində məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir: “Vatsap nömrəmiz 050-8000-902-dir. Bu nömrə yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub”.


Salam.Bəyənilsin çox gözəl bir addımdır.
Mən dəmir yolunda keçid növbətçisi işləyirəm ,bizim vətəndaşlar məhz dəmiryol keçidlərində qanuna riayət etmirlər.DYP -si tərəfindən kamera qoysalar daha gözəl olar.Sürücülərə cərimə tədbiq olunsa gözəl islah olunarlar. Təssüf olsunki dəmiryol keçidlərində kameralar yoxdur deyən ,çox qanunsuz hərəkətlər orda baş verir.