Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, koronavirusun yayılmasına qarşı tədbirlər planı kimi əcnəbilərin Rusiya Federasiyasından deportasiyasını nəzərdə tutur.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.
Onun sözlərinə görə, koronavirus xüsusilə təhlükəli xəstəliklər siyahısına əlavə edilib. Xarici vətəndaşlarda bu tip yeni koronavirusun aşkar edilməsi onların deportasiyasını həyata keçirməyə imkan verəcək. Bu da xüsusi məhdudlaşdırıcı tədbirlər planı kimi qəbul edilməlidir.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür. Son məlumatlara görə, artıq bu virusdan 361 nəfər həlak olub.
Babək Göyüş
KONKRET.az
