“Xalqımızın və dövlətimizin başına gələnlər tarixi təsadüflərin yoxsa məntiqi inkişafın nəticəsidir? Bu, keçmişin deyil, gələcəyin sualıdır. Bu suala cavab tapmayana qədər, biz keçmişdə baş verənlərdən sığortalanmayacağıq”.
KONKRET.az xəbər verir ki, bu barədə “Alternativ Layihələr” qrupunun üzvü Vahe Ovannisyan öz məqaləsində yazıb:
“Professor Çarçyanın həbsxanada saxlanılması Talibanın cəza üsulundan heç də fərqlənmir. 21 -ci əsrdə əlləri kəsmək və qadınları çubuqla döymək, ciddi sağlamlıq problemi olan məşhur bir həkimin həbs olunmasından nə ilə fərqlənir? Əfqanıstan cəmiyyəti inkişaf etmədiyi üçün bütün bunlara dözmək məcburiyyətindədir deyə bilərik. Amma görək erməni cəmiyyəti onlardan çoxmu fərqlənir? Çarçyana dəstək üçün etiraz aksiyaları təşkil olunurmu? Əfqanıstanda vətəndaş cəmiyyəti yoxdur, bəs Ermənistanda varmı?” – Ovannisyan vurğulayıb.
Ekspertə görə, Əfqanıstanda şəriət qanunlarına, Ermənistanda isə hökumətin şəriət qaydalarına görə cəzalandırılırlar: “Çarçyan həbsdədir, çünki “kimsə bunu istəyir”. Bir nəfər gedəcək, onu digəri əvəz edəcək. Amma hökumət şəriəti qalacaq. 2018 -ci ildə yüz minlərlə insanın gözləntiləri niyə reallaşmadı? Çünki yeni hökumət qarşısına mövcud problemləri həll etməyi deyil, məhkəmə sistemindən tutmuş, dövlət satınalmalarına qədər hər şeyi özünə tabe etmək yolunu seçdi. Taliban nümayəndələrinin öz hökumətlərinə qarşı çıxacaqlarını gözləmək sadəlövlükdür. Eləcə də Ermənistandakı hakim fraksiya üzvlərinin Çarçyanın başına gətirilənlərin qeyri –insani rəftar olduğunu demələri də ağılasızmazdır. Qərb universitetlərində təhsil alsalar da, Qərbin dəyərlərini tətbiq etməyi sevmirlər” – Vahe Ovannisyan bildirib.
“Ermənistanın mövcud vəziyyəti feodalizmi xatırladır. 21-ci əsrin qapılarını milli miqyasda ölkənin üzünə bağlamışıq. Uğurun formulunun mütərəqqi dövlət qurmaq olduğunu bilə-bilə Feodal quruluşunda qalmağı tərcih edirik” – ekspert məqaləsini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
