backend

Əhaliyə şad xəbər: Sabahdan bu qadağa aradan qalxır

Sentyabrın 14-ü saat 06:00-dan etibarən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

KONKRET.az xəbər verir ki, metro stansiyalar saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq. Bundan əlavə, əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskakardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır.

Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*