Ekspres xətlərin aqibəti necə olacaq? – BNA-dan AÇIQLAMAbackend

Ekspres xətlərin aqibəti necə olacaq? - BNA-dan AÇIQLAMA

“Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq bildiririk ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Ekspres xətlərin iş qrafikində də dəyişiklik edilməyib. Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

“Bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq”,- BNA məlumatda qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*