Elazığda daha bir zəlzələ oldubackend

Elazığda daha bir zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ baş verib.

KONKRET.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb.

Zəlzələ 3,5 bal gücündə olub. Təkanlar yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*