“Axtarış və saxlama qərarı qanunsuzdur”.
KONKRET.az xəbər verir ki, bu sözləri Elçin Sadıqov saxlanılaraq aparılan zaman deyib. Vəkil əlavə edib ki, axtarış və saxlama qərarı qanunsuzdur. Onun vəkil olduğu məhkəmədən gizlədilib.
***
21.21
Vəkil Elçin Sadıqovun ofisində axtarış başa çatıb. Daha sonra o, saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.
KONKRET.az xəbər verir ki, Elçin Sadıqovun da ofisində və evində 6 saat axtarış aparılıb. Vəkilə məxsus bütün sənədlər prokurorluq tərəfindən götürülüb.
Elçin Sadıqov heç nədə günahının olmadığını və deyilənlərin uydurma olduğunu bildirib. Vəkil əlavə edib ki, axtarış və saxlama qərarı qanunsuzdur. Onun vəkil olduğu məhkəmədən gizlədilib.
Xuraman Etibarlı,
KONKRET.az
