Elektron Hökumət Portalına giriş məhdudlaşdırıldıbackend

Elektron Hökumət Portalına giriş məhdudlaşdırıldı

Xarici ölkələrdən Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin media qurumlarında “E-Gov.az” saytına kiber hücum edilməsi ilə bağlı yayılan məlumatlarla bağlı yaydığı açıqlamada bildirilib.

Məhdudiyyətin məqsədi mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunmasıdır. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Hazırda Azərbaycandan olan istifadəçilər üçün Portal adi rejimdə işləyir. vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikməyə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*