Ələt-Astara yolunda maşın aşdı – Ağır xəsarət alanlar varbackend

Ələt-Astara yolunda maşın aşdı - Ağır xəsarət alanlar var

Ələt-Astara yolunda ağır yol nəqliyyat-hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə magistralın Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Qəzada Masallı rayonundan olan 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Səidə Canbolat xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*