Nizami Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
KONKRET.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Əli Axundov tutduğu vəzifəsindən azad olunub. Onun yerinə yeni təyinat olmayıb.
Qeyd edək ki, Niazmi Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur. O ötən il bu vəzifəyə təyin edilib.
