Əli Həsənov haqqında qəzəl – Şeytana lənət!backend

Əli Həsənov haqqında qəzəl - Şeytana lənət!

Düşdü basabas – sən də daşa bas! – Həftənin qisası

Şeytana lənət!

Tavanın ortasından asılıb torbada Əli.

Əli də torbadadır, ayaqları və bədəni.

¨

Əlinə daş götürüb, cuşa gəlib bu camaat.

Düşünür, sona çatıb Əlinin oynatması at.

¨

Sona çatıb gördü ki, torbadadır yazıq əri.

Başı olub aybaşı, qan axıdır; əsir əli.

¨

Daşa basmaq şeytanı müslimançın ülvi cəza.

Karantindədir Məkkə. Bu cəzaya düşüb qəza.

¨

Deyil şeytan mücərrəd – soyadı konkret, ad bəlli.

Rüşvətdən, oğurluqdan yapışmışdı ikiəlli.

¨

Nə əlli?! Yaşı altmış, oğurluqla var toplamış.

Mirzələrin puluna çox hündür bina ucaltmış.

¨

İrəli gəldi qolu sarıqlı bəstəboy kişi.

Dedi: “Olmayın zülmkar – tökülüb göz, düşüb dişi…”.

¨

Əlini salıb aşağı, bundan sordular «Kimsən?

Belə halda səni nə gətirib ki, bu divana?».

¨

– Özgənin qisasını o nanəcib məndən alıb,

Mənə düşən mənzili başqasına pula satıb.

¨

– Elə isə, sən onu niyə daşdan etdin xilas?

– Çünki qolum ağrıyır. Qoyun, təpik vurum bir az!

Haqq şairi:

A.ƏZİZ

 

  • Omer
    Sentyabr 13, 2020 - 14:13

    Hec olmasa adina hormet edin. Gunahdi

  • Ilkin
    Sentyabr 14, 2020 - 15:25

    Əli bir olub bir ayı bir şir ilə….. 🤪🤫🤣😂😂😂

  • olvoş
    Sentyabr 14, 2020 - 18:27

    o şeytoş deyil, xırdaca bir pisqoxan trol-cırtdoşdur

  • olvoş
    Sentyabr 14, 2020 - 19:18

    o şeytoş deyil, pisqoxan xırda bir trol=cırtdoşdu..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*