Həsənovla Mehdiyev arasında ciddi fikir ayrılığı FETÖ məsələsində oldu – AÇIQLAMAbackend

Həsənovla Mehdiyev arasında ciddi fikir ayrılığı FETÖ məsələsində oldu - AÇIQLAMA

Prezidentin keçmiş köməkçisi Əli Həsənov FETÖ ilə işbirliyində ittiham edilir. Bu barədə Türkiyə mediasında iddialar yer alıb. Bildirilir ki, Əli Həsənov vəzifədə olarkən hər nə qədər özünü Türkiyə ilə sıx münasibətlərin tərəfdarı kimi göstərsə də, o FETÖ ilə əlaqələri olan və xarici güclərə xidmət edən bir şəxsdir.

Bununla bağlı KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Əli Həsənov Rusiyada təhsil aldığına görə onun maraqlarının təmsilçisi kimi vəzifəyə gəldi: “Görünür, bir müddətdən sonra FETÖ hansısa yolla Əli Həsənovla münasibət qurub. Bilirsiniz ki, Əli Həsənov Azərbaycanda FETÖ-ya uyğun təhsilin yaradılmasına xeyli vəsait qoymuşdu. Türkiyədən öncə Azərbaycanda qəzetdə Əli Həsənovun FETÖ-çu olması ilə bağlı məlumatlar çıxmışdı. Ardıcıl olaraq onun FETÖ-çu olması ilə bağlı ittihamlar səsləndirilirdi. Xüsusilə Türkiyədə üsyan olanda yenidən bu məsələ aktuallaşdı. Mən də Əli Həsənovun Türkiyə meyilli olduğunu bilirdim. Amma hansı qüvvə ilə əlaqədə olduğunu bilmirəm”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, Əli Həsənov müəyyən dövrdən sonra Rusiya platformasından imtina edib, Türkiyə tərəfə keçdi: “Ona görə də Ramiz Mehdiyev Əli Həsənovu cəzalandırmaq istəyirdi.  Ramiz Mehdiyev Əli Həsənovu mövqeyini dəyişdiyinə və Türkiyədə müəyyən qüvvələrlə kontakta girdiyinə görə cəzalandırmağa çalışırdı. Bu gün Türkiyə tərəfi belə yazı yazıbsa, deməli, bu günə kimi Əli Həsənovun FETÖ-çu olması ilə bağlı yayılan xəbərlər doğrudur. Bununla bağlı Azəırbaycan dövləti lazım olan araşdırma aparmalıdır. Təkcə Əli Həsənov deyil, Azərbaycanda FETÖ ilə əlaqəsi olan bütün şəxslər barəsində ölçü götürülməlidir. Çünki onlar həm Türkiyə, həm də Azərbaycan üçün təhlükəlidir. Ona görə də bütün FETÖ-çuları tapıb, neytirallaşdırmaq lazımdır. FETO-çular Türkiyə ilə düşməndir. Onlar Rusiya ilə birləşib, eyni mövqeydən çıxış edirlər. Bəzən anlaşılmazlıq olur ki, bəzi insanlar ruspərəst şəxslərin və 5-ci kolonun üzvlərinin mövqelərindən çıxış edirlər. Bu da onunla bağlıdır ki, FETÖ-nun Azərbaycan-Türkiyə münasibətlərinə mövqeyi Rusiya ilə eynidir. Ona görə də bu məsələni diqqətdə saxlamağımız mütləqdir”.

Natiq Səlim,

KONKRET.az

  • Profesör
    Sentyabr 15, 2020 - 15:00

    Serdar Celaloğlunun hiç, dünyadan haberi yok, Ali Hasanov sıradan bir aspirantı idi Moskovo’da. Onlar iki dostu idi Rıza İbadov ile, ve dönemde . Ulu öderimize hizmet ederdiler, onun için her şey gitmeğe hazırdılar.
    O dönvemde yuzlerce azerbaycan genci Moskova’da tedris alırdılar.
    Siyasi bakımdan Ali Hasanov, çok fealıydı, hemişe Ermenlere karşı tedbirlerde ye alırdı. Onun yatağhana otağı bir geraqaha cevrilmişti, ve vatanaımıza büyük hizmetler vermişti.
    Sonrada olan oldu, büyük önder ona inandı ve Nahcıvandan Baküye getirdi ( Ali Hasanov orada sıradan bir müellimi idi)
    Ne oldu ise Ali Hasanov Bakü’de değişti, büyük pullara qarşı dayanamadı. Bu tek onun trajedisi değir, bütün azerbaycan memurların problemidir, ümumiyetle Azerbaycanların çoğunun hastalığıdı, biz büyük kazancın karşısında dayanamırık. Biz şarq milletiyiz, avrupalı değiriz. Tesefki beledir..
    Ona göre Celaloğlu fantazi etmesin vrr senaryo kurmasın, hadiselerin köklerinde hiç kimseyi aramasın. pul,pul,pul…..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*