Əli Kərimlinin köməkçisi karantini pozdu, cərimələndi – RƏSMİbackend

Əli Kərimlinin köməkçisi karantini pozdu, cərimələndi - RƏSMİ

Bakıda həftəsonu işləyən bərbərxana aşkar edilib.

DİN Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri – orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, Faiq Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*