Rusiya ordusunun nəzarətində olan Ukraynanın Berdyansk şəhərində dinc əhali etiraza qalxıb.
KONKRET.az Time-a istinadən xəbər verir ki, şəhər sakinləri inzibati binalardan birinin qarşısında dayanan Rusiya əsgərlərinə kəskin etirazlarını bildiriblər.
Əliyalın ukraynalılar silahlı əsgərlərin qarşısına çıxaraq onları evlərinə qayıtmağa çağırıblar.
