Əliyev, Putin və Paşinyan yenidən görüşəcək – Perenciyev VAXTI AÇIQLADIbackend

Əliyev, Putin və Paşinyan yenidən görüşəcək - Perenciyev VAXTI AÇIQLADI

Rusiya qışda Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünü təşkil edəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

“İrəvan yenə də Qarabağda vəziyyətin nəzarətdən çıxmasına çalışır. Paşinyan bu yolla Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Moskva Paşinyanın Əliyevlə görüşünü təşkil etməli və delimitasiyaya dair razılaşmalara nail olmalıdır. Sovet xəritələri ilə problemli məsələlərin olduğu sərhədləri müəyyənləşdirmək lazımdır – müzakirə etmək və həll etmək.

Sonra isə əgər Ermənistana lazım olsa, Moskva öz sərhədçilərini bu dövlətin sərhədi boyunca yerləşdirə də bilər. Amma indi bunu Rusiya edə bilməz, çünki sərhədlər müəyyən olunmayıb”, – deyə ekspert bildirib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*