Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayev azadlığa buraxılıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu barədə Müsavat Partiyasının fəalı Əziz Məmiyev məlumat verib.
Ə.Salayev bu gün azadlığa çıxıb.
Qeyd: Əlizamin Salayev 2023-cü ilin fevralında saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.
