Elman Rüstəmovun müavininin oğlu İŞDƏN ÇIXARILDI – FOTObackend

Elman Rüstəmovun müavininin oğlu İŞDƏN ÇIXARILDI - FOTO

“Azmikroinvest” MMC-yə (bank olmayan kredit təşkilatı) yeni rəhbər təyin olunub.

KONKRET.az index.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Mansur Talıblı təyin olunub. Mansur Talıblı 2020-ci ilin noyabrında “Azmikroinvest” BOKT-a hüquqşünas kimi gəlib. O, buna qədər “MuğanBank” ASC-də çalışmışdı.

Bu təyinatadək baş direktor vəzifəsini müvəqqəti olaraq Qasım Babayev icra edirdi. Hazırda o baş direktorun müavini olaraq qalır. Qeyd edək ki, Qasım Babayev Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Avtandil Babayevin oğludur.

“Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

Aftandil Babayev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*