Əmək miqrantları üçün Moskvada peyvənd mərkəzləri yaradılacaqbackend

Əmək miqrantları üçün Moskvada peyvənd mərkəzləri yaradılacaq

Yaxın gələcəkdə əmək miqrantları üçün Moskvada peyvənd mərkəzləri yaradılacaq

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya paytaxtının sosial inkişaf üzrə vitse-meri Anastasiya Rakovanın açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “Sputnik Light” dərmanının qeydiyyatı yaxın vaxtlarda gözlənilir. Bundan sonra miqrantlar üçün özlərinə uyğun yerlərdə peyvənd məntəqələri təşkil ediləcək.

Qeyd edək ki, daha əvvəl, Moskva vilayəti Səhiyyə Nazirliyinin rəhbəri Svetlana Strigunkova bölgədəki əcnəbilərin COVID-19-a qarşı peyvənd ediləcəyini söyləmişdi. Bunun üçün əmək miqrantlarının ən azı müvəqqəti qeydiyyata və icbari tibbi sığorta siyasətinə sahib olmaları lazımdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*