Əməkdar artist vəfat etdi backend

Əməkdar artist vəfat etdi 

Rusiyanın əməkdar artisti Qalina Sverbilova dünyasını dəyişib.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, bu barədə N.Sats adına Moskva Dövlət Akademik Uşaq Musiqili Teatrının “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Açıqlamada qeyd olunur ki, mərhum sənətkar adıçəkilən teatrın ilk aktrisası olub. O, bu mədəniyyət müəssisəsinin yaradılmasının başlanğıcında dayanıb, onun şöhrətinin və tarixinin yaradılmasında fəal iştirak edib.

Eyni zamanda, teatrın nümayəndələri Sverbilovanın səsinin bütün Sovet İttifaqında uşaqlara tanış olduğunu söyləyiblər. Onun iştirakı ilə bir çox tamaşalar radioda yayımlanıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*