Əməkhaqqını vaxtında almayanların NƏZƏRİNƏ!backend

Əməkhaqqını vaxtında almayanların NƏZƏRİNƏ!

Bəzən işəgötürənlər tərəfindən işçilərin əmək hüquqları pozulur. İşçilər tez-tez əmək haqlarının gecikdirilməsindən, bəzən isə, ümumiyyətlə, işlədikdən sonra verilməməsindən narazılıq edir. Nadir hallarda olsa da, aylarla işçilərin əmək haqqını verməyən, onların əmək hüquqlarını pozub, istismar edən şəxslərə də rast gəlirik.

Bəs görəsən, işçi və işəgötürən arasında bağlanan müqavilə əsasında əmək haqqının verilməsinin yubadılması hallarında hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov qeyd edir ki, işçi və işəgötürən arasında münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tənzimlənir:

“İşçiyə bir qayda olaraq əməkhaqqı iki hissəyə bölünərək avans və qalan hissənin məbləği olmaqla 16 gündən çox olmayan vaxt intervalında iki dəfə verilməlidir. Amma işçi ilə işəgötürən arasında əmək müqaviləsində razılaşdırıldığı kimi ayda bir dəfədən az olmayan müddətdə də verilə bilər. İşəgötürən tərəfdən işçinin əmək haqqının ödənilməsi gecikdirilirsə, belə olan təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir. Bununla bağlı hər hansı mübahisə olarsa, işçi tərəfindən müvafiq qaydada mediasiya prosesi keçilir. Sonra isə iş məhkəmədə həll oluna bilər”.

O bildirib ki, burada işəgötürənin təqsiri üzündən gecikdirildikdə anlayışı əmək haqqının müəyyən olunmuş vaxt ərzində hesablanmaması, bank tərəfindən həmin pulun alınmaması və ya müəyyən olunmuş müddətdə əməkhaqqının ödənilməməsi kimi başa düşülür.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*