Əməliyyat keçirildi – Saxlanılan varbackend

Əməliyyat keçirildi - Saxlanılan var

Qaxda dörd kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*