“Emənilər törətdikləri vəhşiliklərin təzminatını mütləq şəkildə ödəyəcək” – AÇIQLAMAbackend

“Emənilər törətdikləri vəhşiliklərin təzminatını mütləq şəkildə ödəyəcək" - AÇIQLAMA

Ermənilər işğalda olan torpaqlarımızda ekoloji terror törətməkdə davam edirlər. Belə ki, erməni vandalları Kəlbəcərdən sonra Ağdamda da yanğınlar törədirlər. Ərazidən çıxarılan işğalçı ordunun hərbçiləri Ağdamın Baş Qərvənd kəndi ərazisində yerləşən mövqelərini tərk edirlər. Ərazini tərk edən ermənilər bu günədək yerləşdikləri mövqeləri yandırırlar.

Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən Azərbaycan Yüksəliş Partiyasının qurucusu Anar Əsədli bildirib ki, ermənilərin törətdiyi barbarlıqdır, ekoloji terrordur: “Bu, təbiətə və insanlara qarşı düşmənçilik kimi qiymətləndirilməlidir: “Hesab edirəm ki, bu, həm də ətraf mühitə qəsddən zərər vurulması və təbiətə qarşı ən ağır cinayətin törədilməsidir. Nəzərə alsaq ki, 27 ildir Ermənistan işğal etdiyi torpaqlarda yaşıl soyqırım aparır. Bununla bağlı bizim Xarici İşlər Nazirliyinin zaman-zaman bəyanatları olub. Biz bu ekoloji terroru boşaldılan ərazilərdə bir daha görə bilirik. Təəssüf ki, dünya ictimaiyyəti bu vəhşiliyə göz yumur və susur. Ermənilərin törətdiyi bu vandallığın təzminatı ödənilməldir. Və Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla birgə işçi qrupu səviyyəsində bunun monitorinqini aparmalıdır. Hesab edirəm ki, ermənilər törətdikləri vəhşiliklərin təzminatını mütləq şəkildə ödəyəcəklər”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*