Emil Rəhmanovun ölüm səbəbi açıqlandıbackend

Emil Rəhmanovun ölüm səbəbi açıqlandı

Əməkdar artist Rəhman Rəhman oğlu Emil Rəhmanovun dünyasını dəyişməsindən danışıb.

KONKRET.az xəbər verir ki, aktyor oğlunun trombdan dünyasını dəyişdiyini bildirib:

“Yazıq oldu, cavan canı getdi. Çox gec bildik. Sən demə damarlarında tromb var imiş. Həkimlər əlindən gələni etdi, amma həyata qaytara bilmədilər. Mənim də qismətim belə gətirdi. Emilin ayaqda qalması üçün əlimdən gələn etdim. Heyif ki, onu yaşada bilmədim”, deyə Əməkdar artist bildirib.

Qeyd edək ki, Emil Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb. İlk evliliyindən bir övladı var. İkinci həyat yoldaşı isə müğənni Sabrina olub. Rəhman Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib./Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*