Ən bəxtsiz hesab olunan BÜRCLƏRbackend

Ən bəxtsiz hesab olunan BÜRCLƏR

Ətrafımızda xeyli sayda bəxtsiz insan var. Onlar həyatda daha çox uğursuzluqları ilə diqqət çəkirlər.

KONKRET.az xəbər verir ki, astroloqlar üç ən bəxtsiz bürcü açıqlayıb.

Əkizlər (21 may – 21 iyun)

Əkizlər hər kəslə çox asanlıqla dostluq edirlər. Ancaq bütün məsələlərdə şans üzlərinə heç də gülmür. Şəxsi və iş həyatları istədikləri kimi alınmır. Əkizlərin dəyişkən fikirləri çox qərarsız olmalarına gətirib çıxarır. Bu səbəbdən hədəfə aldıqları yolda çox çətinliklə yürüyə bilirlər.

Doğuştan 'kısmetsiz' 3 burç belli oldu! Onlar her zaman kaybediyor

Xərçəng (22 iyun – 22 iyul)

Bu bürc altında doğulanlar həddindən artıq emosional təbiəti ilə tanınır. Onlar hər an əsəbiləşə və inciyə bilərlər. Həyat hadisələrinə heç də həmişə hazır deyillər. Kritik vəziyyətlərdə dözümsüzdürlər, çox vaxt geri çəkilir və mübarizə apara bilmirlər. Bu səbəbdən də öz talelərinə uğur gətirə bilmir, şansı əldən verirlər.

Doğuştan 'kısmetsiz' 3 burç belli oldu! Onlar her zaman kaybediyor

Xərçəng bürcləri eşq və iş həyatında da arzuladıqları uğura çatmaqda çətinlik çəkirlər. Ona görə də ən şanssız bürclər siyahısında yer alırlar.

Balıqlar (19 fevral – 20 mart)

Ən həssas və emosional bürcülərdən olan Balıqlar xüsusilə sevgi mövzularında çox bəxtsizdirlər. Onlar heç vaxt özləri kimi həssas və insansevər birini tapa bilmirlər. O qədər həyatsevərdilər ki, bu mövzuda heç kim onlarla rəqabət apara bilməz. Lakin həssaslıqları çox vaxt xeyir gətirmir, əksinə, şanslarını əldən verirlər.

Doğuştan 'kısmetsiz' 3 burç belli oldu! Onlar her zaman kaybediyor

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*