Ərdoğan: “50 milyon dozanı keçdik”backend

Ərdoğan: “50 milyon dozanı keçdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus peyvəndinin geniş tətbiqi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, o bu barədə o “Twitter” hesabında yazıb.

“Koronavirus pandemiyasına qarşı mübarizədə ən təsirli silahımız olan peyvəndlənmədə şükürlər olsun ki, 50 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun”, – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyənin güclü səhiyyə sistemi, tibb sahəsində çalışanların səyləri və millətin həssas yanaşması ilə birgə yaxın zamanda yerli peyvənd TURKOVAC-la da COVID-19-a qarşı mübarizə daha güclü formada davam edəcək:

“Türkiyəni daha sağlam sabahlara daşıyacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*