Ərdoğan: “Əsla atəşkəs elan etməyəcəyik”backend

Ərdoğan: "Əsla atəşkəs elan etməyəcəyik"

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə “Trump atəşkəs elan edin dedi, əsla atəşkəs elan etməyəcəyik” deyib.

Türkiyənin NTV kanalında açıqlamaları yer alan Prezident Ərdoğan “sanksiyalar barədə narahatlıq keçirmədiklərini” söyləyib.

Ərdoğan əməliyyatın hədəfinin “terrorçuların 32 km-lik ərazinin xaricinə çıxması” olduğunu vurğulayıb.

Ərdoğan Suriya ordusunun qüvvələrinin Menbicə daxil olması barədə “Rejimin daxil olması pis deyil, amma terror qruplaşması qalmamalıdır” söyləyib.

O, ABŞ vitse-prezidenti Mike Pence-in ziyarətini “Tramp-ın təkidi ilə qəbul etdiyini” qeyd edib.

Rəsmi Kreml çərşənbə axşamı günü Vladimir Putinin Recep Tayyip Erdoğanı qarşıdakı günlərdə Moskvaya dəvət etdiyini açıqlayıb.

Açıqlamada Türkiyə Prezidentinin dəvəti qəbul etdiyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın vitse-prezidenti Mike Pence və Xarici İşlər naziri Mike Pompeonun çərşənbə günü Türkiyəyə gedəcəyini açıqlayıb.

Ağ Evdə verdiyi açıqlamada Tramp Türkiyəyə qarşı çox güclü sanksiyaların tətbiq edildiyini və səfərin “atəşkəs” məqsədi daşıdığını söyləyib.

ABŞ-ın Türkiyəyə qarşı gözlənilən sanksiyalarında nələr nəzərdə tutulur?

ABŞ-ın Respublikaçı senatoru Lindsey Qraham Türkiyəyə Suriyanın şimal-şərqinə hədəflənmiş hərbi hərəkatına görə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qərar layihəsini cümə axşamı günü təqdim edəcəyini açıqlayıb.

Graham-ın Demokratların senatoru Kris Van Hollen ilə birgə hazırladığı layihədə Türkiyəyə qarşı bir sıra hərbi və maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Bu sanksiyaların aşağıdakı kimi olması nəzərdə tutulur:

  • Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan, Prezident köməkçisi Fuat Oktay, Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan və Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez-in ABŞ-dakı sərvətinə sanksiya tətbiqi
  • Türk ordusuna maddi, məhsul və texniki dəstək satan, ya da təmin edən və ya təyyarə, təyyarə hissəsi, silah və s kimi məhsullarla bağlı bilərək əməliyyat edən xaricilərə sanksiyaların tətbiq edilməsi
  • Türk Silahlı Qüvvələrinin istifadəsi üçün ölkə daxilində inkişaf etdirilən neft və təbii qaz istehsalına dair məhsul, xidmət, texnologiya və ya məlumat təmin edən, ya da bu istehsalı dəstəkləyən xaricilərə qarşı sanksiyaların tətbiq edilməsi
  • ABŞ-ın Türk Silahlı Qüvvələrinə müdafiə məhsulları, xidməti və texnologiyası ilə sursat satışı və təchizatının qadağan edilməsi
  • Türkiyəyə Rusiyadan S-400 raket müdafiə sistemi alındığına görə ABŞ-ın “Düşmənlərlə sanksiyalara qarşı mübarizə haqqında qanun”-u çərçivəsində sanksiya tətbiqi
  • ABŞ-a səyahət edən türk liderlərə viza məhdudiyyətlərinin tətbiqi
  • Erdoğanın dəqiq sərvəti ilə bağlı hesabat hazırlanması

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*