Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla telefon danışığı aparıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Ərdoğan Fələstində, xüsusilə Qüdsdə baş verənlərə görə kədərləndiyini bildirərək, İsrailin hücumları zamanı həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.
