Ərdoğan ilk dəfə Məsud Yılmazdan danışdı: “Allah günahlarını bağışlasın”backend

Ərdoğan ilk dəfə Məsud Yılmazdan danışdı: “Allah günahlarını bağışlasın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün vəfat edən Məsud Yılmaz haqda ilk dəfə açıqlama verib.

KONKRET.az xəbər verir ki, İstanbulda Atatürk Mədəniyyət Mərkəzinə baxış keçirən Türkiyə lideri jurnalistlərə qısa açıqlama verib.

Ərdoğan keçmiş baş nazirin vəfatı ilə əlaqədar bunları deyib: “Başda həyat yoldaşı olmaqla, bütün ailəsinə başsağlığı verirəm. Allah günahlarını bağışlasın, millətimizin başı sağ olsun”.

Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz bu gün vəfat edib. 73 yaşlı sabiq hökumət başçısı uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.

1947-ci il noyabrın 6-da doğulan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Müxtəlif dövrlərdə Türkiyənin xarici işlər, turizm və baş nazir vəzifələrini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*