Ərdoğan Kiyevdə “Yaşasın Ukrayna” dedibackend

Ərdoğan Kiyevdə "Yaşasın Ukrayna" dedi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı Kiyevdə fəxri qarovul dəstəsini “Yaşasın Ukrayna” şüarı ilə salamlayıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda video Ukrayna prezidentinin Facebook səhifəsində dərc edilib.

İki liderin rəsmi qarşılanma mərasimi zamanı onlar Ukraynanın himnini dinləyiblər, bundan sonra Ərdoğan karaula müraciət edib.

Kadrlarda görünür ki, türk lideri mikrofona gedən yolda cibindən kiçik bir kağız çıxarıb, oxuduqdan sonra isə yenidən cibinə qoyub.

2018-ci ildə Almaniya kansleri Angela Merkel Kiyevdə rəsmi səfərdə olarkən Ukrayna dilində fəxri qarovul dəstəsini “Salam, döyüşçülər!” deyə salamlamışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*