Ərdoğan: “NATO Türkiyə ilə güclüdür, Yunanıstan münasibətlərimizi KORLAYA BİLMƏZ”backend

Ərdoğan: "NATO Türkiyə ilə güclüdür, Yunanıstan münasibətlərimizi KORLAYA BİLMƏZ"

“Yunanıstan Türkiyə-NATO münasibətlərinə xələl gətirə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərə müsahibəsində deyib.

Yunanıstanın hərəkətləri Türkiyə-NATO münasibətlərinə mənfi təsir göstərməyəcək.

Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın NATO daxilində dəyəri böyük deyil.

“Eyni zamanda Türkiyə varsa, NATO bloku da güclüdür. Yunan tərəfinin NATO-da formalaşdırmağa çalışdığı mənfi təsəvvür Ankaranın Alyansla münasibətlərini zəiflətməyəcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, LANDCOM alyansının quru qoşunlarının komandanlığı sentyabrın 1-də Dumlupınar döyüşündə türk qoşunlarının yunanlar üzərində qələbəsinin 100-cü ildönümü ilə əlaqədar etdiyi təbrikləri sosial şəbəkələrdən silib. Ekspertlərin fikrincə, bu addım Afinanın mənfi reaksiyasına cavab idi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*