Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PrezidentŞavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana rəsmi səfərə gedib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısını səfərdə həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, milli müdafiə naziri Hulusi Akar, əmək və sosial müdafiə naziri Vədat Bilgin, səhiyyə naziri Fəxrəddin Qoca, ticarət naziri Məhmət Muş və Prezident Administrasiyasının Kommunikasiya direktoru Fəxrəddin Altun müşayiət edib.
Səfər çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İkinci Toplantısı keçiriləcək.
Dövlət başçılarının sədrliyi və nazirlərin iştirakı ilə Daşkənddə keçiriləcək Şura Toplantısında Türkiyə-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsi bütün ölçüləri ilə nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə ediləcək.
Görüşlərdə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

İqbal Rzayev,
KONKRET.az
