Ərdoğan o videodan danışdı: Putin bizi maşına qədər ötürdübackend

Ərdoğan o videodan danışdı: Putin bizi maşına qədər ötürdü

Türkiyə-Rusiya əlaqələri media manipulyasiyalarına qurban verilə bilməz.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin onu dəhlizdə gözlətməsi ilə bağlı iddialara münasibətində deyib.

“Putin bizi avtomobilə qədər ötürdü. Əlbəttə, niyyət pisdirsə, bunu yazmazlar. Qəsdlə hər hansı hərəkətdən söhbət getmədiyini, özləri də (Rusiya tərəfi) bu hərəkətdən narahat olduqlarını açıqladılar.

Putinin iş otağı o biri tərəfdədir, biz isə digər tərəfən gəlib ortaq nöqtədə görüşürük”, – deyə türk lider bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsi barədə iddianı “Rossiya-1” yayıb. Putin özü isə bu məlumatı “hörmətsizlik” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*