Ankara kulislərində “partiya sədrliyi” mövzusunda Ərdoğanda bir fikir ayrılığı olduğu danışılır.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Albayrakın son həftələr Anadolu turu da buna hazırlıq kimi göstərilir. Berat Albayrakın cəmiyyət tərəfindən qəbul edilməsini təmin etmək üçün səfərlərin təşkil edildiyi iddiası arxa planda səslənir.
Digər tərəfdən, başqa bir senari isə seçkidən 1,5 il əvvəl barajın 7-dən 5 faizə endirilməsi ideyasıdır. Bunun müxalifətlə geniş bir ittifaq bağlamaq üçün edildiyi deyilir.
Ərdoğan kürəkənini sədr vəzifəsinə gətirməklə özünü və partiyadakı təsirini qorumaq üçün bir mexanizm yaradır.
Babək Göyüş
KONKRET.az
