Ərdoğanın bu addımı gündəm oldu – FOTObackend

Ərdoğanın bu addımı gündəm oldu - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasiminə gedərkən yolda maraqlı anlar yaşanıb.

KONKRET.az xəbər verir ki, Ərdoğan avtomobilindən düşərək onu 2 saatdan çox yağış altında əllərində bayraqla gözləyən 10 yaşlı Kübra Ateş və 6 yaşlı Metehan Ateşi salamlayıb. Bacı-qardaşla söhbət edən Prezident onlara hədiyyələr verib.

Kübra Ateş sevincini bölüşüb: “Tayyib babamı gördüm. Çox xoşbəxtəm. Tayyib babamı yolda görəndə əlimi yellədim, durdu. Yanağımdan öpüb mənə hədiyyə verdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*