Ərəb Dövlətləri Liqası (ƏDL) Qahirədə xarici işlər nazirlərinin görüşündə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq nizamlanması planını (“əsrin müqaviləsi”) rədd edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, ƏDL hesab edir ki, plan ədalətli sülh razılaşmasına gətirib çıxarmayacaq.
“Reuters”in istinad etdiyi məlumatda deyilir ki, ƏDL planın yerinə yetirilməsi üçün ABŞ ilə əməkdaşlıq etməyəcək. ƏDL-ə üzv olan ölkələrin fikrincə, İsrail bu təşəbbüsü güc yolu ilə reallaşdırmamalıdır.
Fələstin prezidenti Mahmud Abbas administrasiyanın ABŞ və İsraillə bütün münasibətlərini pozacağını ayrıca bəyan edib. Fələstin Milli administrasiyası ABŞ prezidenti Donald Trampın təklif etdiyi “Əsrin müqaviləsi”ni rədd etdikdən sonra qərar qəbul edilib.
Fələstin Dövləti ƏDL-nin iştirakçısıdır. Abbas BMT-yə fevralın 11-də sülh yolu ilə nizamlanma üzrə alternativ plan təqdim edəcək.
“Əsrin müqaviləsi”ndə söhbət nədən gedir?
Yanvarın 28-də ABŞ prezidenti Donald Tramp “Əsrin müqaviləsi”nin detallarını açıqlayıb və bu planın həm israillilərə, həm də fələstinlilərə fayda verdiyini söyləyib.
Sövdələşmə İsraillə Fələstin arasında münaqişəni həll etmək cəhdidir. Fələstin liderləri “Əsrin sövdələşməsi”nə qarşı birgə mübarizə aparmaq haqda razılığa gəliblər.
Babək Göyüş
KONKRET.az
