Ərəb iş adamlarından Həbibə super təklif – 2 döyüş üçün 200 milyon dollarbackend

Ərəb iş adamlarından Həbibə super təklif - 2 döyüş üçün 200 milyon dollar

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Abdelaziz Səudiyyə iş adamlarından super təklif alıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “The Sun” nəşri yayıb.

Nəşrə görə, dağıstanlı idmançıya UFC-nin eks çempionu, irlandiyalı Konor Makqreqor və boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyvezerə qarşı mübarizə üçün 200 milyon dollar ödəniləcək.

Təklif verən iş adamlarının adları açıqlanmır.

Qeyd edək ki, Nurməhəmmədovla Makqreqorun ilk döyüşü 2018-ci ilin payızında baş verib. Sevinən tərəf dağıstanlı idmançı olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*