“Ərim belə edəndə onu vururam” – VİDEObackend

"Ərim belə edəndə onu vururam" - VİDEO

Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

KONKRET.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində həyat yoldaşı Hacı Ramildən söz açıb.

Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün hər zaman özü addım atır:

“Həyat yoldaşımla olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Amma mən küsülülüyə dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez de, “Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm”.

O bu sözü mənə deyə bilər!? Deyə bilərsənmi!? Təbii ki, yox!”.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*