“Ərlərini öldürüb gözəl qadınlarını ələ keçirirdilər” – Baqdasaryan dəhşətli faktlardan danışdıbackend

"Ərlərini öldürüb gözəl qadınlarını ələ keçirirdilər" - Baqdasaryan dəhşətli faktlardan danışdı

“1988-ci ildən Qarabağda arvadı gözəl olan erməni kişiləri sərbəst gəzə bilmirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni bloqer Roman Baqdasaryan bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:

“Amma indi gözəl erməni qadınları Paşinyanın dövründə öz ərləri ilə Ermənistanın küçələrində sərbəst gəzə bilirlər. Yüzlərlə gözəl, yaraşıqlı, əndamlı erməni xanımları ordunun birinci şəxslərinin, yüksək çinli məmurların tələsinə düşürdülər. Hadrutun ordu komandiri, digər daşnaklar gözəl erməni qızlarının ərlərini ya müharibəyə göndərirdilər, ya da öldürürdülər və sonradan izah verirdilər ki, guya onları snayper vurub. Və ərləri öldürülmüş erməni qadınlarla sekslə məşğul olurdular.

O dövrdə yüzlərlə erməni öz gözəl qızlarını qorumaq üçün Qarabağdan qaçmışdı. 35 il ərzində yeganə lider Paşinyandır ki, onun dövründə gözəl xanımlara sərbəstlik, azadlıq verilib. İndi gözəl erməni qadınlarını zorlayanlar erməni kanallarında Paşinyana dərs deməyə çalışırlar. Dediklərim bir həqiqətdir ki, yüzlərlə erməni ona görə öldürülüb ki, arvadları gözəl olub”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*