Rusiyanın paytaxtı Moskvada boksçular Hovik Hovhannisyan və Georgi Kuşitaşvili, hüquq mühafizə orqanları tərəfindən həbs edilib.
KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, hər iki idmançı Rusiya Qvardiyasının zabitinə hücum etdiyi üçü yaxalanıblar.
İnsidentə səbəb onların qeyri-qanuni narkotik saxlamaq şübhəsi ilə izlənməsi olub. Boksçular hüquq-mühafizə orqanlarından gizlənməyə çalışsalar da, sənədləri yoxlanılarkən aqressiv davranıblar və qanuni tələblərə cavab verməməyə cəhd göstəriblər. Erməni idmançı hətta rus zabiti yumruq zərbəsi ilə vurub.
Hadisə Moskvanın mərkəzində, Frunze sahilində yaşayış binalarından birində baş verib.
