Erməni jurnalist Qazaxıstanda terrorçuların siyahısına daxil edildibackend

Erməni jurnalist Qazaxıstanda terrorçuların siyahısına daxil edildi

“RT” telekanalının, “Rusiya bu gün” və “Sputnik” agentliklərinin baş redaktoru Marqarita Simonyanın əri, rusiyalı rejissor və teleaparıcı Tiqran Keosayan Qazaxıstanda terrorçularla eyni siyahıya salınıb.

KONKRET.az  xəbər verir ki, bu barədə KazTAG məlumatlı mənbəyə istinadən informasiya yayıb.

“Keosayan mediada onun “arzuolunmazlar” siyahısına salınacağı xəbəri çıxandan dərhal sonra bu siyahıya salınıb. Sərhəddə dərhal onunla bağlı “qırmızı bayraqlar” asıblar. Keosayandan başqa, bu siyahıya Qazaxıstanda terrorçular və digər arzuolunmaz şəxslər də daxildir”, – deyə agentliyə prosedurun təfərrüatları ilə tanış olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, Keosayanın Qazaxıstana girişi arzuolunmaz şəxslər siyahısına salınması mövcud qaydalara uyğun olaraq ictimaiyyətə açıqlanmayıb.
“Əslində, bu kifayət qədər geniş siyahıdır, orada əsasən terrorçular və oxşar kateqoriyadan olan digər şəxslər var və Keosayan da indi onların yanındadır. Və rəsmi olaraq onun bu siyahıda olduğunu deməyəcəklər, bu, normalarda nəzərdə tutulmayıb. Hakimiyyət bu siyahıya daxil olan hər bir terrorçunun adını açıqlamayacaq”, – agentliyin həmsöhbəti izah edib.

KazTAG xatırladır ki, bundan əvvəl Keosayan televiziya proqramlarından birində Qazaxıstana qarşı açıq təhdidlər və təhqiredici hücumlar etmişdi. Aprelin 27-də Qazaxıstan Xarici İşlər Nazirliyi Keosayanın bəyanatlarını şərh edərək, onun Qazaxıstana girişi arzuolunmaz şəxslər siyahısına salınması ehtimalını açıqlayıb.

Xatırladaq ki, Keosayanın həyat yoldaşı Marqarita Simonyana qarşı Ukrayna, Avropa İttifaqı, Kanada, Böyük Britaniya və Avstraliya Rusiya təcavüzünə görə şəxsi sanksiyalar tətbiq edib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*