backend

“Erməni lobbisi hədəflərinə nail ola bilmədi” - Hikmət Hacıyevin Türkiyə televiziyasına MÜSAHİBƏSİ - VİDEO

“Tovuz döyüşləri sərhəddə baş verən adi hadisə deyildi, bu, öncədən planlaşdırılan, genişmiqyaslı strateji məqsədləri güdən plan idi. Bu planın qarşısını da Azərbaycan-Türkiyə qardaşlığı, birgə əzmimiz aldı”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”ın efirində deyib.

H.Hacıyev bildirib ki, erməni lobbisi Tovuz döyüşlərindən sonra özlərinə tərəfdar toplamaq üçün hədəflərinə nail ola bilməyib.

Prezidentin köməkçisi söyləyib ki, erməni lobbisinin Azərbaycana və Türkiyəyə qarşı dezinformasiyaları davam edir.

O, bu ilin avqustunda Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərindən də danışıb.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu təlimlərin əsas məqsədi regionda sülhün, sabitliyin təmin olunmasıdır.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*