KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Ermənistanda yüksək səviyyəli məmurla külli miqdarda rüşvət tələb etdikləri və aldıqları üçün həbs edilib. Ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində yüksək səviyyəli məmurların 2007-2009-cu illər ərzində rüşvət tələb etdikləri və aldıqları məlum olub. Rəsmi açıqlamada məmurların adları dəqiqləşdirilməyib.
Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət işi başlanıb, işin araşdırılması Ermənistan Baş Prokurorluğuna tapşırılıb.