Erməni miqrantlar Rusiyada qeydiyyata alınmırbackend

Erməni miqrantlar Rusiyada qeydiyyata alınmır

Erməni əmək miqrantları Rusiyada əvvəllər görünməmiş problemlə üzləşiblər: onların pasportlarında çıxış möhürlərinə yer olmayıb, bəzilərinin isə istifadə müddəti bitib. Ermənistan miqrasiya xidməti bütün sənədlərin beynəlxalq standartlara uyğun olduğunu iddia etsə də, belə vətəndaşlar Rusiyada qeydiyyatdan keçə bilmir.

KONKRET.az xəbər verir ki, bu barədə miqrantların problemləri ilə məşğul olan ictimai təşkilatlar yaydıqları hesabatda bildiriblər.

Bu sənədlərdə deyilir ki, Rusiya Ermənistandan gələn əmək miqrantları üçün əsas istiqamətlərdən biri olub və qalır: 2021-ci ilin məlumatlarına görə, 95% erməni miqrant Rusiyaya gedib.

Keçən ilin payızında erməni diplomatlar müxtəlif ölkələrin Xarici İşlər Nazirliklərinə dəyişikliklər, xüsusən də Ermənistan Respublikası vətəndaşlarının pasportlarındakı çıxış möhürünün ləğvi ilə bağlı məlumat göndəriblər (bu tələblər hətta Beynəlxalq Təşkilatın Timatik sistemində də göstərilib). Belə məlumatlar Rusiyaya da göndərilib.

Rusiyanın öz qaydaları var

Yeniliklər bu il yanvarın 1-dən qüvvəyə minib və sonra ilk şikayətlər başlayıb. Rusiyanın bəzi bölgələrində belə vətəndaşlar sadəcə olaraq qeydiyyata alınmayıb.

Qanunvericiliyə görə, əcnəbinin pasportunda bu tip möhür təkcə sərhəd nəzarətinin uğurla başa çatdığını təsdiqləmək üçün deyil, həm də müvəqqəti qeydiyyat, iş icazəsi almaq və ya son nəticədə icra hakimiyyəti orqanlarına müraciət etmək üçün lazımdır.

İmmiqrasiya nəzarətinin gücləndirilməsi

Xüsusən “Krokus”da baş verən terror aktından sonra qeydiyyat məsələlərində problemlər çoxalıb. Daxili İşlər Nazirliyi isə əcnəbilərin ölkəyə girişi ilə bağlı yeni qaydalar hazırlayıb ki, bu qaydalara əsasən, onların hamısı ölkəyə daxil olarkən nəinki məcburi barmaq izi qeydiyyatı və fotoşəkil çəkilişi, həm də biometrik məlumatların qeydiyyatı ilə tələbi ilə üzləşəcəklər.

Ayrı bir məqam “nəzarət altında qalma” rejimidir. Bu, Rusiyaya girişinə icazə verilməyən və ya artıq ölkədə qeyri-qanuni olan əcnəbilərə aiddir.

Hər bir miqrant rəqəmsal profillə (informasiya sistemlərindən bütün zəruri məlumatların toplusudur) təchiz olunacaq və əcnəbinin müvəqqəti qalma müddətinin təqvim ilində 90 günə endirilməsi planlaşdırılır.

ФОТО:  Bulkin Sergey/news.ru/Global Look Press

Dəyişikliklər işçilər və işəgötürənlər üçün də planlaşdırılır – xüsusən də Rusiyada işləmək üçün qanuni hüququ olan işçilərin axtarışı zamanı istifadə edilə bilən bütöv bir reyestr yaradıla bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*