Erməni nəşri: “Ermənistan Prezidenti “selfi” biabırçılığından sonra istefa verəcəkmi?”backend

Erməni nəşri: "Ermənistan Prezidenti "selfi" biabırçılığından sonra istefa verəcəkmi?"

Vaaqn Xaçaturyan bu biabırçılıqdan sonra Ermənistan Prezidenti postundan istefa verəcəkmi?

Ermənistanın hazırkı prezidenti Vaaqn Xaçaturyan özünün biabırçı davranışı ilə bağlı beynəlxalq mətbuatda dərc olunan yazılardan sonra istefaya gedəcəkmi?

KONKRET.az xəbər verir ki, erməni mətbuatı bu sualları Ermənistan PA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Taquhi Ovannisyana göndərib.

Ovannisyan bu suallara cavab vermək səlahiyyətinin olmadığını bildirib.

“Sualı yazılı şəkildə göndərin, cavab verərik”,- deyib.

“Cavabın məzmunu sorğunun formasından asılıdırmı?” sualına “Mən cavab vermək səlahiyyətinə malik deyiləm”, – deyə Ovannisyan vurğulayıb.

Erməni nəşri yazının linkini və Ermənistanın, o cümlədən, ermənilərin şərəfini dünyada yüksəltməyən, şərəfsizliyə düçar edən prezidentin aparat rəhbərinə yazılı müraciət göndərəcək.

“Böyük Britaniya kraliçasının tabutunun yanında fotoşəkil çəkdirmək üçün Ermənistan Prezidentinin həsrətlə gözlədiyi arzu imiş”, – deyə nəşr yazıb.

Qeyd edək ki, prezidentin şəklini beynəlxalq mətbuatda deyildiyi kimi, köməkçisi yox, Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersisyan çəkib.

“Belə bir pozuntuya görə diplomatın da məsuliyyəti var və bu nədən ibarətdir?” sualı ilə Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndəriləcək.

“The Sun” qəzetinin yazdığına görə, sözügedən hadisə kraliça ilə vidalaşma zamanı foto çəkilişinə qoyulan qadağanın pozulması ilə bağlı ilk hadisədir.

Vaaqn Xaçaturyan Nikol Paşinyanın komandasının üzvüdür.

Xaçaturyan 2018-ci ildən Ermənistan Prezidenti olan Armen Sarkisyanı Ermənistan prezidenti postunda əvəzləyib.

Üç ay əvvəl o, Putinlə görüşdə belə bir açıqlama verib:

“Əlbəttə, məni diqqətlə izləyirlər. Həmişə məni müşayiət edəcəklər. Hələ bu həyata öyrəşməmişəm”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*