Erməni politoloq Şuşa yolunda azərbaycanlılara qarşı aksiya keçirmək barədə SƏRSƏMLƏDİbackend

Erməni politoloq Şuşa yolunda azərbaycanlılara qarşı aksiya keçirmək barədə SƏRSƏMLƏDİ

Erməni politoloq Şuşa yolunda azərbaycanlılara qarşı aksiya keçirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, erməni politoloq Qrant Melik-Şahnazaryan deyib. O sərsəmləyib ki, Laçın dəhlizini “açmaq” üçün azərbaycanlılarla göz-gözə aksiya təşkil etmək lazımdır.

“Göz-gözə və ya Laçın dəhlizini necə açmaq olar?

Mən Ermənistan Xarici İşlər Nazirliyinin Laçın dəhlizi ilə bağlı bəyanatı ilə tanış oldum. Bir daha əmin oldum ki, bağlı dəhliz ətrafında çoxlu siyasi ssenarilər qurulur. Hər halda, bu açıqlamanın məqsədi birmənalı olaraq dəhlizin açılması deyildi.

Düz danışaq. Əgər Ermənistan dövləti Laçın dəhlizini açmaq istəsəydi, o zaman azərbaycanlılar orada bir dəqiqə də artıq qalmazdılar.

Xüsusən də indi, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın hərəkətlərini pisləyəndə. Üstəlik, bu, güc tətbiq etmədən edilə bilər və hələ də mümkündür.

Məsələn, bir neçə yüz erməni vətəndaşı toplamaq, onları “humanistlər” adı ilə azərbaycanlıların aksiyasının yaxınlığında humanitar aksiya göndərmək olar.

Əgər bu hakimiyyət Laçın dəhlizini açmaq istəsəydilər, çoxdan buna bənzər bir şey təşkil edərdilər. Bunu etmək üçün çox ağıl lazım deyil. Necə deyərlər, göz-gözə aksiya.

Lakin Nikol hökuməti bunu etməyəcək. Çünki dediyim kimi, onlar Qarabağ problemi ilə yox, problemli sularda balıq tutmaqla məşğuldurlar. Və bunun nəticəsində ölkəni itirməyimiz Nikolu və onun tərəfdaşlarını maraqlandırmır”, – Melik-Şahnazaryan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*