Erməni qızı Qazaxıstanda 14 gün karantində qalacaq – TƏXLİYƏbackend

Erməni qızı Qazaxıstanda 14 gün karantində qalacaq - TƏXLİYƏ

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Hökumət 83 nəfər Qazaxıstan vətəndaşının Çindən təxliyəsini təşkil edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Ermənistanın xahişi ilə bir erməni qızı da təxliyə edilənlər arasında olub.

Çindən təxliyə edilənlər tibbi müayinədən keçib, sonra karantin zonasına göndərilib. Onlar 14 gün karantin bölgəsində qalacaqlar və yalnız həkimlər onlarla əlaqə saxlayacaqlar.

Xatırladaq ki, fevralın 2-də Ermənistan Xarici İşlər Nazirliyi Çinin Vuhan şəhərində yerləşən Ermənistan vətəndaşı Susanna Ağacanyanın təxliyə edildiyini və Qazaxıstana təhvil verildiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*