Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini hədəf almaqda davam edir.
Düşmənin atdığı mərmilərdən biri Tərtərdə çəkiliş aparan AzTV-nin əməkdaşlarının olduğu avtomobilin yaxınlığına düşüb.
İlkin məlumata görə, avtomobilin sürücüsü Namiq Qənbərov xəsarət alıb. Maşına isə ciddi ziyan dəyib./qafqazinfo/

