Ermənilər İrəvanda ABŞ-dan Ukraynaya dəstəyi dayandırmaq tələbi ilə AKSİYA KEÇİRDİ – VİDEObackend

Ermənilər İrəvanda ABŞ-dan Ukraynaya dəstəyi dayandırmaq tələbi ilə AKSİYA KEÇİRDİ - VİDEO

Ermənilər ABŞ-ın İrəvandakı səfirliyi qarşısında Ukraynaya dəstəyi dayandırmaq tələbi ilə aksiya keçirib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu gün ABŞ-ın Ermənistandakı səfirliyi qarşısında Rusiyaya dəstək aksiyası keçirilib.

Ermənilər ABŞ və NATO-nu tənqid edib, onlardan Ukrayna hakimiyyətinə dəstəyi dayandırmağı tələb edib, Moskvanın Donbası qorumaq üçün atdığı addımların lehinə danışıblar.

Onlar Ukraynada baş verənləri ərazi uğrunda müharibə deyil, dəyərlərin, mədəniyyətin və adət-ənənələrin qorunması əməliyyatı, faşizmə qarşı müharibə adlandırıblar.

Daha sonra onlar Rusiya səfirliyinə doğru yürüş ediblər.

Xatırladaq ki, bundan bir müddət əvvəl ermənilər dəfələrlə anti-Rusiya mitinqləri keçirirdilər. Bu gün isə Rusiya lehinə mitinq təşkil ediblər. İkiüzlülük və simasızlıq bir arada.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*