backend

Ermənilər Putinin qarşısında yallı oynadı, Polad Bülbüloğlu isə mahnı oxudu - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərinin ad günü tədbirində Rusiya prezidenti Vladimir Putin, hökumət başçısı Dmitri Medvedyev, Moskva şəhərinin meri Sergey Sobyanin, Nursultan Nazarbayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər fəxri qonaq qismində iştirak ediblər.

KONKRET.AZ BAKU.WS – ə istinadən xəbər verir ki, bayram tədbirində Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını Azərbyacan dilində ifa edib.

Tədbirdə ermənilər yenə də təxribata əl atıblar. Ermənilər rəsmilərin izlədiyi konsert proqramında qədim türk aləti olan balabanın müşayiəti ilə “Berd” rəqsini oynayıblar.

Qeyd edək ki, “Berd” qədim Azərbaycan rəqsi “Yallı”nın oğurlanmış elenmentləri əsasında hazırlanıb.

Bayram tədbirini 1,7 milyon şəhər sakini izləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*